Salyanda traktor 54 yaşlı kişini vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bəydili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Qasımov Azad Məhərrəm oğlu evə gedərkən traktor onu vurub. Hadisə nəticəsində A.Qasımov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparlır.

Digər xəbərlər