Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB-2 - FOTO

Salyan. 3 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların adı məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində 4-ü ağır olmaqla 7 nəfər xəsarət alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Yralılar:

1957-ci il təvəllüdlü Elşən Əhədov;

1963-cü il təvəllüdlü Rəhilə Əhədova;

1977-ci il təvəllüdlü Elman Kərimov;

1968- ci il təvəllüdlü Maral Qasımova;

1964-cü il təvəllüdlü Kürkəm Rəhimova;

1983-cü il təvəllüdlü Zeynəb Cəbiyeva.


***12:43

Salyan. 3 dekabr. REPORT.AZ/ Salyanda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində baş verib.

Yaralılardan 4-nün vəziyyətinin ağırdır.


***12:38

Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, sərnişin avtobusunun "Pajero" markalı minik avtomobili toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39