Salyanda qapı-pəncərə sexində yanğın olub

Salyan rayonunda ümumi sahəsi 24 m² olan plastik qapı-pəncərə sexinin lambirdən ibarət tavanı 8 m² sahədə, sexin içərisində 2 ədəd qapı, pəncərə və 1 ədəd kodisioner yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Sexin qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14