Salyanda partlamamış mərmilər tapılıb

Salyanda partlamamış mərmilər tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.

Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib.

Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48