Salyanda orta yaşlı qadın sirkə turşusundan zəhərlənib

Salyan. 18 avqust. REPORT.AZ/ Salyan rayonunda qadın sirkə turşusundan zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Nuranə Nəbi qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan N.Zeynalova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər