Salyanda orta yaşlı piyadanı maşın vurub

Salyan. 14 noyabr. REPORT.AZ/ Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu “QAZ-24” markalı avtombil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil iki piyadanı vurub.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34