Salyanda orta yaşlı kişini ilan sancıb

Salyan. 10 may. REPORT.AZ/ Salyan rayonunda ilansancma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 37 yaşlı kənd sakini Rəhim Əliyar oğlu Manafov yonca sahəsində biçilmiş ot yığarkən ayağından ilan sancıb. O, dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, zəhər əleyhinə zərdab vurulduqdan sonra müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41