Salyanda minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb

Salyan. 22 iyul. REPORT.AZ/ Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, rayonun Şorsu kəndində minik avtomobili ilə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Göygöl sakini Məmmədov Famil Xamraz oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13