Salyanda minik avtomobilləri toqquşub, yaralananlar var

Salyan.25 noyabr.REPORT.AZ/ Salyan rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Əliağa Kürçaylı küçəsi ilə Təvəkkül Sultanov küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, həmin küçələrin kəsişməsində “Mercedes” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan şəhər sakinləri - 45 yaşlı Nemət Sabir oğlu Salahov və 26 yaşlı Rəvan Mirfəttah oğlu Cəfərov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər