Salyanda "Milliön" aparatı oğurlanıb

Salyan. 28 fevral. REPORT.AZ/ Salyan rayonunda oğurluq olub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər kənd sakini Aman Mirzağa oğlu Feyzullayevə məxsus ərzaq mağazasına daxil olublar. Mağaza sahibinin sözlərinə görə, mağazada heç nəyə toxunmadan yalnız oradakı "Milliön" ödəmə sistemləri aparatını götürərək aradan çıxıblar. 

Bu barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26