Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri - 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54