​Salyanda fermada yanğın baş verib

Bakı. 14 aprel. REPORT.AZ/ Salyan rayonunun Yenikənd kəndində vətəndaşa məxsus fermada yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində fermanın dam örtüyü yanıb və fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17