Salyanda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Salyan rayonunun Qarabağlı kəndində birmərtəbəli evin qamışdan ibarət tavanı yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər