Salyanda avtomobil piyadanı vurub

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qızılağac kəndində qeydə alınıb.

Yolu keçmək istəyən Qızılağac kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elmir Ağayar oğlunu minik avtomobili vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Həsənov Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər