Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, BMW markalı avtomobil yolu keçən naməlum piyadanı (kişi-red) vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59