Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü İsayev Nəcəfxan Qılınc oğlu yolu keçmək istəyən zaman "Audi" markalı avtomobil onu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gədəbəydə avtomobil aşıb, ölən var 14 октября, 2026 / 10:38