Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magitral yolunun rayonun Xıdırlı kəndinin ərazisindəki körpü yaxınlığında qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47