Salyanda avtomobil mühafizəçini vurub - FOTO

Salyan. 6 sentyabr. REPORT.AZ/ Salyan rayonunda avtomobil mühafizəçini vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yolayrıcını mühafizə edən 32 yaşlı İbrahim Məhərrəm oğlu Məmmədovu “Mercedes” markalı avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27