Salyanda avtomobil iki piyadanı vurub, ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB

Salyan. 10 noyabr. REPORT.AZ/ Salyan rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun verdiyi xəbərə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki qadın piyadanı avtomobil vurub. Neftçala rayonunun Qaramanlı kənd sakini, 1974-cü il təvəllüdlü Səidə Arif qızı Qədirova hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı - Şirvan şəhər sakini, 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalova isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56