Salyanda avtomobil azyaşlı uşağı vurdu

Salyanda azyaşlını avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.

Qəza nəticəsində azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14