Salyanda avtomobil 81 yaşlı piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1940-cı il təvəllüdlü Əliyev Asiman yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56