Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsinin sakini, 1972-ci il təvəllüdlü İbrahimova Şəhla Nüsrət qızı yolu keçərən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.