Salyanda avtomobil 26 yaşlı gənci vurub

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Rayonun Şorsulu kənd sakini, 1995-ci il təvəllüdlü Sabirzadə Sabir Şəhriyar oğlu yolu keçərkən “Moskviç” markalı avtomobil onu vurub.

Müxtəlif xəsarətlər alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14