Salyanda ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO - SİYAHI - YENİLƏNİB-2

Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonun baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Alim oğlu Quliyev idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. 

Ölən:

1963-cü il təvəllüdlü Diniyev Adil Həmid oğlu.

Meyit muayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.


*** 13:39

Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un ARan bürosu xəbər verir ki, yarlılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralılar:

1999-cu il təvəllüdlü Dinili Nisə Adil qızı,

1967-ci il təvəllüdlü Quliyeva Zinət Həmid qızı,

1967-ci il təvəllüdlü Fətullayeva Gülnaz Fənhəm qızı.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 



*** 12:48

Salyan. 4 dekabr. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 67-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, "Nissan” markalı avtomobillə yük maşını toqquşub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54