​Salyanda ağır qəza olub: 4 nəfər yaralanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Salyan şəhəri ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50