Salyanda 34 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Salyan rayonunda 34 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü İbrahimova Vəfa Cəmaləddin qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47