Salyanda 3 il əvvəl itkin düşmüş eyni ailənin 5 üzvünün meyiti aşkarlanıb

Salyan. 7 dekabr. REPORT.AZ/ Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhərinin Tale Davudzadə küçəsində 3 il əvvəl itkin düşmüş Mehparə Nadir qızı Əliyevanın və 4 qızının yaşadığı evin həyətində meyiti aşkarlanıb.

İlkin məlumata görə, onların M.Əliyevanın əri Fərhad Əliyev tərəfindən öldürüldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47