Salyan rayonunda bıçaqlanma hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Xıdırlı kəndində baş verib.
1995-ci il təvəllüdlü Paşayev Ruslan Akif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Çoxsaylı bıçaq zərbəsi alan yaralı paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, əməliyyat edilib.
Daha əvvəl Salyanda orta yaşlı qadın intihar edib.