Salyanda 21 yaşlı qız bıçaqlanıb

Salyan. 25 sentyabr. REPORT.AZ/ Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yaşayan 21 yaşlı yerli sakin Aygün Vilayət qızı Həsənova sol döşünün kəsilmiş–deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bıçaq yarası almış yaralı Cərrahiyyə şöbəsində əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41