Salyanda 21 yaşlı gənc çayda boğulub - YENİLƏNİB - FOTO

Salyan. 8 avqust. REPORT.AZ/ Salyan rayonunda Akkuşa çayında boğulan gəncin meyiti sudan çıxarılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Məzahim Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib. 


*** 14:44

Salyan rayon sakini çayda boğulub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48