Salyanda 20 yaşlı gənc intihar edib

Salyanda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Beştalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Səmədov Azil Ramil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26