Salyan. 27 sentyabr. REPORT.AZ/ Salyan rayonunda 18 yaşlı oğlanı avtomobil vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Fəxrəddin Məlik oğlu Canızadə velosipedlə hərəkətdə olarkən “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.