Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün axşam saat 17:00 radələrində Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində Salyan şəhər qəbiristanlığında yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 1 yanğısöndürən maşını cəlb edilib.
Yanğın söndürülsə də qəbiristanlığın 50 kvadratmetr ərazisi yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.