Salyan sakini özünü bıçaqlayıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Pambıqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov İlham Rahim oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İ.Nəsibovun dediyinə görə, o, özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26