Salyan sakini intihar edib 

Salyan rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Babazanlı yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Babayev Kərim Aydın oğlu özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər