Salyan sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verirki, hadisə Xıdırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Əhmədov Zaur Əlisəfa oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18