Salyan sakini dava zamanı xəsarət alıb

Salyan. 26 avqust. REPORT.AZ/ Salyanda 40 yaşlı kişi baltalanıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qızılağac kəndi ərazisindəki "Ceyran" restoranında baş verib.

İlkin məlumata görə, restoranda dava zamanı kənd sakini, 1978-ci il təvəllüdlü Kərimov Siyavuş Mobil oğlu dalaşanları ayırmaq istəyən zaman ayağına balta ilə xəsarət yetirilib. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər