Salyan. 30 oktyabr. REPORT.AZ/ Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar.
"Report"un Aran bürosu xəbər verir ki, Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.