Azərbaycanda zəlzələ olub

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, təkanlar Şahbuzdan 58 km Şimal-şərqdə - Kəlbəcər ərazisində qeydə alınıb.  

Bakı vaxtı ilə saat 07:26-da qeydə alınan təkanlar hiss olunmayıb.  

Qeyd edək ki, zəlzələ yerin 9 km dərinliyində 3 bal gücündə qeydə alınıb. 

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44
Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12