Sabunçuda qadını bıçaqlayan şəxs saxlanılıb

Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da naməlum şəxs Xanım Həsənovaya bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunan Bakı şəhər sakini Rafiq İmanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05