Sabunçuda qadını maşın vurub

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızı Bakıxanov qəsəbəsində yolu keçərkən onu maşın vurub.

Yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14