Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə dekabrın 29-da saat 14 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.
Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.