Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda avtomobil qadın piyadanı vuraraq öldürüb.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, dekabrın 19-da saat 7 radələrində Bakı şəhər sakini Mais Ərzimanov idarə etdiyi “VAZ-2110” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhəbbət Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.