Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report"a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 9-da saat 22 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Bəhram Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27