Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Əliyev Aydın Yusif oğlu və 2005-ci il təvəllüdlü Abbasov Yaşar Elxan oğlunun olduqları motosiklet avtomobillə toqquşub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.