Sabunçuda 21 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində 2000-ci il təvəllüdlü Əzizov Elxan Təyyar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona başın yumşaq toxumalarının və nəsə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48