​Sabunçu rayonunda minik avtomobili yanıb

Bakı. 12 mart. REPORT.AZ/ Gecə saatlarında paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

"Report" xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər