Sabunçu rayonunda avtomobil piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Hümbətov Vəkil Şahmar oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18