Sabunçu rayonunda avtomobil 12 yaşlı yeniyetməni vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Rzayev Azad Elman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Digər xəbərlər