Bakı. 8 may. REPORT.AZ/ Gecə saatlarında Şabran şəhərində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.